2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Macarıstanın “Zalaeqerseq” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi “köhlən atlar”a transfer olunub. 24 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Bense Varkonyi 2024-cü ildən “Zalaeqerseq”də çıxış edib.

Xatırladaq ki, daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.