“Qarabağ” UEFA Çempionlar liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Ferentsvaroş”u qəbul edib. Səfərdə 3-1 qələbə qazanan Ağdam klubu evdə 2-3 uduzsa da, ümumi hesabda 5-4 üstün olaraq qitənin ən nüfuzlu klub turnirinin liqa mərhələsinə vəsiqə qazanıb. Komandamız tarixində ikinci dəfə belə uğura imza atıb. “Köhlən atlar” son dəfə 2017/2018-ci illər mövsümündə Çempionlar liqasının qrup etapında mübarizə aparıb. Turnirin püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.