Dünya Çempionatı-2026-nın qrup mərhələsində ikinci tura start verilib.
A qrupunda Çexiya və Cənubi Afrika Respublikası seçmələri 1:1 hesablı heç-heçəyə razılaşıblar. Cənubi Koreyanı 1:0 məğlub edən Meksika pley-offu təmin edib.
İki turdan sonra A qrupuna 6 xalla Meksika başçılıq edir. İkinci pillədəki Cənubi Koreyanın 3 xalı var. Hərəyə 1 xal toplayan Çexiya və Cənubi Afrika Respublikası isə müvafiq olaraq 3-cü və 4-cü sıralarda qərarlaşıblar.
B qrupunda İsveçrə Bosniya və Herseqovinadan 4:1 güclü olub. Kanada Qətərə heç bir şans tanımayıb – 6:0. Bu, şimali amerikalıların mundiallar tarixində ilk qalibiyyəti kimi yadda qalıb.
Bu nəticə Kanadanın dünya çempionatları tarixində ilk qələbəsi kimi yadda qalıb. İki turdan sonra B qrupunda Kanada və İsveçrənin hərəyə 4 xalı var. Top fərqinə görə Kanada birinci, İsveçrə ikinci pillədədir. Bosniya və Herseqovina 1 xalla 3-cü, eyni xala malik Qətər isə 4-cü sırada yer alır.














