“Real Madrid” İbrahim Konatenin transferini açıqlayıb.

“Kral klubu” fransalı müdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Son olaraq “Liverpul”un formasını geyinən 27 yaşlı futbolçu Mersisayd təmsilçisindən azad agent statusunda ayrılıb.

Fransa millisinin üzvü olan Konate karyerası ərzində, həmçinin “Soşo”, “Leypsiq” kimi komandalarda çıxış edib.