UEFA Avropa Liqasına hazırlaşan “Qarabağ” yeni transferini reallaşdırıb.
Ağdam klubu İspaniyanın “Almeriya” klubundan Bruno Lanqanı heyətinə qatıb. Mozambikli cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalayıb. O, 5 nömrəli formanı geyinəcək.
Lanqa son mövsümü icarə əsasında Portuqaliyanın “Eştrela” kollektivində keçirib. Oyunçu karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” kimi klubların da formasını geyinib. Mozambik millisinin üzvü olan Bruno yığmada 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.


















