İspaniyanın “Atletiko” klubunun futbolçusu Xulian Alvares UEFA Çempionlar Liqasında Lionel Messinin nailiyyətini geridə qoyub.
Hücumçu buna doğma meydanda İngiltərə təmsilçisi “Arsenal”la heç-heçə (1:1) etdikləri yarımfinal mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.
Bu, argentinalı forvardın qitənin bir nömrəli klub turnirində 25-ci qoludur. O, bu rəqəmə bütün cənubi amarikalılardan daha tez çatıb. Alvares bu turnirdəki 41-ci görüşdə 25 qol vurubsa, Messi 42-ci oyunda bunu bacarıb.
Bundan əlavə, o, UEFA Çempionlar Liqasında bir mövsümdə 10 qol vuran ilk “Atletiko”lu oyunçu ünvanına da sahib çıxıb.
Xatırladaq ki, “Arsenal” və “Atletiko” komandaları arasında cavab görüşü mayın 5-də reallaşacaq.













