Futbol üzrə Dünya Çempionatında qrup mərhələsinin növbəti oyunları keçirilib.

I qrupunun ilk görüşündə Fransa Seneqala 3:1 qalib gəlib. Bu qarşılaşmada dubl edərək millidə qollarının sayını 58-ə çatdıran Kilian Mbappe Fransa millisinin mütləq bombardirinə çevrilib.

Kvartetin digər duelində Norveç İraqa 4:1 hesabı ilə qalib gəlib. Erlin Haaland bu matçda iki qolla yadda qalıb.

J qrupunda son dünya çempionu Argentina Lionel Messinin het-triki sayəsində Əlcəzairə 3:0 qalib gəlib. Mundiallarda vurduğu qolların sayını 16-ya çatdıran Messi isə Miroslav Klozenin məhsuldarlıq rekorduna çatıb.

Bu qrupun Bakı vaxtı ilə saat 08:00-da başlayan oyununda isə Avstriya İordaniyadan 3:1 güclü olub.