İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanı bu turnirdəki təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub. Ağdam klubu İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Ölkə kubokunun son qalibi olan “Vestri” İslaniyanın ikinci liqasında yarışır.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək. “Qarabağ”ın ilk matçı evdə olacaq.