Azərbaycan gimnastı Tofiq Əliyev Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
O, 29,300 xallıq nəticə göstərərək ikinci yeri tutub. Digər bir təmsilçimiz Mixail Malkin isə 4-cü olub.
Xatırladaq ki, daha əvvəl Azərbaycan tamblinqçiləri komanda hesabında gümüş mükafata sahib çıxıblar.














