“İmişli” yeni transferini reallaşdırıb. Aran təmsilçisi kolumbiyalı müdafiəçi Edvin Banqeranı heyətinə cəlb edib. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Sol cinah müdafiəçisi son olaraq Portuqaliyanın II Liqasında çıxış edən “Felqeyraş” klubunun şərəfini qoruyub. Bunadək o, “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.


















