Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb. FİFA referisi UEFA Konfrans liqasının pley-off mərhələsi çərçivəsində Sloveniyanın “Çelye” və Kosovanın “Balkani” klubları arasındakı görüşü idarə edəcək. Oyunun yan hakimləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim isə Fərid Hacıyev olacaq. Qeyd edək ki, bu qarşılaşma avqustun 21-i saat 22:00-da start götürəcək.















