“Sabah” klubu futbolçu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.
25 yaşlı hücumçunun icarəsi ilə bağlı Sloveniyanın “Maribor” klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Mbina ötən mövsüm “bayquşlar”ın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.


















