“Rolan Qarros”da kişilərin mübarizəsində finalçılar müəyyənləşib.

Aleksandr Zverev yarımfinalda Yakub Menşiki 4 setdə məğlub edərək karyerasında ikinci dəfə Paris turnirinin finalına yüksəlib. Digər yarımfinalda isə Flavio Kobolli korta çıxmadan final biletini qazanıb, çünki Matteo Arnaldi xəstəlik səbəbindən görüşdən çəkilib.

Beləliklə, “Rolan Qarros”un həlledici matçında Zverev və Kobolli üz-üzə gələcək.