Albaniyanın paytaxtı Tiranada təşkil edilən güləş üzrə Avropa çempionatında mübarizə davam edir. Bu gün Azərbaycanın üç yunan-Roma güləşçisi bürünc medal uğrunda görüşlərini keçiriblər.
55 kq çəkidə yarışan Rəşad Məmmədov türkiyəli Ömər Halis Rəcəbi, 87-də İslam Abbasov Doğan Kayanı məğlub edərək üçüncü olublar.
130 kq-da mübarizə aparan Beka Kandelaki ukraynalı Mixaylo Vişnıvetskiyə uduzub və turniri medalsız başa vurub.













