“Kəpəz” müqavilə müddəti başa çatan 41 yaşlı mütəxəssislə yeni anlaşma əldə etməyib.
Bağırov Gəncə klubunu mövsümün gedişində, komanda ilk 6 oyunun hamısında məğlub olduğu vaxt qəbul etmişdi.
Onun rəhbərliyi altında “sarı-göylər” təmsilçisi çempionatı 33 oyuna 27 xalla 10-cu pillədə başa vuraraq Premyer Liqadakı yerini qorudu.
“Kəpəz” mövsümü 8 qələbə, 3 heç-heçə və 22 məğlubiyyətlə tamamladı.
















