“Turan Tovuz”un futbolçusu Roderik Miller Panama millisinin DÇ-2026 üçün yekun heyətinə dəvət alıb.

Yığmanın baş məşqçisi Tomas Kristiansen mundiala yollanacaq heyətə 34 yaşlı müdafiəçinin də adıını daxil edib.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Panama millisi L qrupunda Xorvatiya, İngiltərə və Qana ilə mübarizə aparacaq.