Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Baş məşqçi Ayxan Abbasov bu futbolçulara dəvət göndərib:

Qapıçılar: Rza Cəfərov, (Qəbələ), Şahrudin Məhəmmədəliyev (Qarabağ), Emil Balayev (Neftçi)

Müdafiəçilər: Bədavi Hüseynov (Qarabağ), Cəlal Hüseynov (Arda (Bolqarıstan)), Anton Krivotsyuk (Daejon Hana (Cənubi Koreya)), Rahil Məmmədov (Araz-Naxçıvan), Elvin Bədəlov (Neftçi), Rəhman Daşdəmirov (Sabah), Qismət Alıyev (Zirə), Elvin Cəfərquliyev (Qarabağ), Rüfət Abbasov (Şamaxı), Tellur Mütəllimov (Sabah), Toral Bayramov (Qarabağ)

Yarımmüdafiəçilər: Emin Mahmudov (Neftçi), Səbuhi Abdullazadə (Sumqayıt), Rəhim Sadıxov (Turan Tovuz), Mustafa Əhmədzadə (Araz-Naxçıvan), Emil Səfərov (Neftçi), Abdulla Xaybullayev (Sabah), Aleksey İsayev (Sabah)

Hücumçular: Rüstəm Əhmədzadə (Sumqayıt), Ayxan Hüseynov (Turan Tovuz), Vüsal İsgəndərli (Partizani (Albaniya)), Xəyal Əliyev (Sabah), Nəriman Axundzadə (Kolambus Kryu (ABŞ)), Mahir Emreli (Kayzerslautern (Almaniya)), Renat Dadaşov (Motor Lüblin (Polşa))

Komanda mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq. Milli hazırlıq çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı yoldaşlıq oyunları keçirəcək.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.