İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Fransalı futbolçu Liqa mərhələsinin V turunda “Olimpiakos”a (Yunanıstan) qarşı matçda 4 qol vurmaqla komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, mükafata həmçinin Seru Qirassi (“Borussiya”, Dortmund, Almaniya), Pyer-Emerik Aubameyanq (“Marsel”, Fransa) və Vitinya (PSJ) namizəd idi.