Azərbaycan I Liqasında mövsümə yekun vurulub. Çempion “Şəfa” “Zaqatala”ya 1:2 uduzub. “Şahdağ Qusar” və “Baku Sportinq” 1:1-lik heç-heçə edib.
İkinci pillə uğrunda matçda “Səbail”lə qarşılaşan “Mingəçevir” 4:1 hesablı qələbə qazanıb.
Beləliklə, çempionatı 51 xalla ikinci bitirən “Mingəçevir” elitaya vəsiqə uğrunda pley-off matçında Misli Premyer Liqasını 11-ci sırada başa vuran “Qəbələ” ilə qarşılaşacaq.

















