Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubunun sabiq futbolçusu Tomas Menye İngiltərə təmsilçisi “Sanderlend”ə keçib.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı cinah müdafiəçisinin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, Tomas Menye son olaraq Fransada “Lill”in formasını geyinib.