Azərbaycan I Liqasında sonuncu – XXVII turun oyunları keçirilir.

Divizionda qalmaq uğrunda yarışan komandalardan “Şimal” səfərdə “Cəbrayıl”a 3:2 hesabı ilə qalib gəlib. “Difai Ağsu” isə MOİK-ə 5:0 uduzub.

Bu nəticələrdən sonra 18 xala malik “Difai Ağsu” axrıncı yeri tutub. 20 xallı “Şimal” isə mövsümü 9-cu pillədə bitirib və pley-off mərhələsində II Liqanı 2-ci sırada yekunlaşdıran “Qaradağ Lökbatan”la qarşılaşacaq.