Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib. Son çempion “Qarabağ” evdə “Sumqayıt”la üz-üzə gəlib. I turda “Sabah”la matçı təxirə salınan Ağdam klubu üçün bu, liqada ilk qarşılaşma olub. Görüş “kimyaçılar”ın 1-0 hesablı qalibiyyəti ilə başa çatıb. Yeganə qolu Ronalqo Vasqes vurub. Bununla onlar “köhlən atlar”a qarşı 4 oyunluq məğlubiyyət seriyasına son qoyublar. Qeyd edək ki, buna kimi “Kəpəz” üzərində 3-0-lıq qələbə qazanan “Sumqayıt” 6 xalla turnir cədvəlinə başçılıq edir.

















