78 yaşlı Dik Advokat Kürasao milli komandasının məşqçisi vəzifəsinə qayıdıb.
O, dünya çempionatı tarixində ən yaşlı məşqçi olacaq.
Niderlandlı mütəxəssis seçmə mərhələdə komandaya rəhbərlik etsə də, ailə səbəblərinə görə həlledici oyundan əvvəl komandadan ayrılıb. İndi, dünya çempionatının başlamasına bir ay qalmış Advokat geri dönüb.
DÇ-2026-da Kürasao Almaniya, Kot-d’İvuar və Ekvadorla qarşılaşacaq.

















