Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində D qrupunda Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib. UEFA IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Polşanın Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Daha əvvəl oyunun bu ölkənin digər bir şəhəri olan Vrotslavda yerləşən “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı. Qeyd edək ki, Azərbaycan 2026-cı ildə ABŞ, Kanada və Meskikanın birgə təşkil edəcəyi mundiala qatılmaq uğrunda Fransa, Ukrayna və İslandiya seçmələri ilə mübarizə aparacaq.