Azərbaycan millisinin Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti rəqibi bəlli olub.

Famil Xəlilovun baş məşqçisi olduğu yığmamız C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 28-i saat 11:30-da Hövsan Yarış Kompleksindəki 7B stadionunda keçiriləcək.

Cütün qalibi növbəti raundda Belarus – Cəbəllütariq matçının güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu oyunda uduzan komanda ilə qarşılaşacaq.