Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.
D Liqasının I qrupunda yer alan yığmamız “Palm Sports Arena”da keçirilən matçda Litva seçməsini qəbul edib. Görüş komandamızın 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu Abdulla Xaybullayev vurub.
Hazırda milli 5 xalla qruo lideridir və Litvanı 1, Lixtenşteyni 4 xal qabaqlayır.















