Misli Premyer Liqasının altıncı turunda stadionlara ümumilikdə 22 750 azarkeş gəlib.

Turun ən çox izlənilən qarşılaşması Gəncə şəhər stadionunda keçirilib.

“Kəpəz” – “Sumqayıt” (1:1) matçını 14 500 tərəfdar izləyib.

Digər oyunlarda isə azarkeş sayı belə olub:

“Qəbələ” – “Neftçi” (0:3) – 800
“Qarabağ” – “Şəfa” (1:0) – 1 200
“Turan Tovuz” – “Zirə” (1:0) – 4 000
“Sabah” – “İmişli” (3:1) – 1 150
“Şamaxı” – “Araz-Naxçıvan” (1:2) – 1 100

Beləliklə, Gəncə şəhər stadionundakı bir qarşılaşmanı izləyən 14 500 azarkeş turun digər beş oyununda qeydə alınan ümumi 8250 tamaşaçı sayını da geridə qoyub.

Qeyd edək ki, milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında üç həftəlik fasilə olacaq. Yeddinci tur oktyabrın 9-da start götürəcək.