21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.
Komandaya 25 oyunçu dəvət alıb. Onların arasında Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən Nəriman Axundzadə də var.
U-21 seçməmizin tam heyəti belədir:
Qapıçılar: Sadiq Məmmədzadə (“İmişli”), Səlim Həşimov (“Gəncəbasar”), Xəyal Fərzullayev (“Sumqayıt”)Müdafiəçilər: Emin Rüstəmov (“Şamaxı”), Elgün Dünyamalıyev (“Sabah”), Raul Məmmədov (“MOİK”), Ceyhun Bağırzadə (“Şamaxı”), Əkbər Eyubov (“İmişli”), Ayxan Süleymanlı (“Sumqayıt”), Hacıəli Şirəliyev (“Şamaxı”), Sənan Muradlı (“Şamaxı”), Eşqin Əhmədov (“Qəbələ”)
Yarımmüdafiəçilər: Bilal İsmayılov (“MOİK”), Nuğay Rəşidov (“Qəbələ”), Emil Süleymanov (“Şamaxı”), Hikmət Cəbrayılzadə (“Qarabağ”), Şahin Şahniyarov (“Qəbələ”), Okan Təhmazlı (“Şamaxı”), Elyas Bağci (“Herta”, Almaniya), Nəriman Axundzadə (“Ərzurumspor”, Türkiyə)
Hücumçular: Nahid Əliyev (“Şəfa”), Lorenzo Mezzotero (“Sampdoriya”, İtaliya), Ağadadaş Salyanski (“Araz-Naxçıvan”), Mustafa Kamara (“Sent-Trüden”, Belçika), Nihad Əhmədzadə (“Sumqayıt”)
U-21 sentyabrın 25-də evdə Çexiya, sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariqlə üz-üzə gələcək.














