Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub. Müdafiəçinin əməliyyatı uğurla başa çatıb.
Xatırladaq ki, oyunçunun avqustun 13-də UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev” ilə cavab oyununda sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanmışdı.
Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi “Qarabağ”ın tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.
















