“İmişli” daha bir futbolçu transferini açıqlayıb.

Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub.

29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Sabah” və Türkiyənin “Tuzlaspor” klublarında çıxış edən Həsənalızadə son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib.