Bu gün qadın voleybolçular arasında Avropa çempionatının 1/8 final mərhələsinə keçiriləcək iki oyunla yekun vurulacaq.
Saat 20:00-də Azərbaycan voleybolçuları Türkiyə seçməsi ilə qarşılaşacaq.
Görüş İstanbul şəhərində yerləşən “Sinan Erdem” idman zalında start götürəcək. Oyun “CBC Sport”la canlı yayımlanacaq.











