Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
BC2 kateqoriyasında mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada dünya reytinqinin 3-cü pilləsində qərarlaşan Cənubi Koreya təmsilçisi Ahyonq Çoya qalib gəlib.
Bu, Azərbaycanın paralimpiya hərəkatı tarixində boccia idman növündə Avropa və dünya çempionatlarında qazanılan ilk medaldır.












