Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir. altıncı yarış günündə sərbəst və qadın güləşində medalçılar müəyyənləşib.
57 kq-da Günay Qurbanova finalda yaponiyalı Konami Onoya, 59 kq-da isə Ruzanna Məmmədova həlledici görüşdə “gündoğar ölkə”nin digər təmsilçisi Sae Noquçi yə uduzaraq gümüş mükafatla kifayətləniblər.
Sərbəst güləşdə 61 kq-da Camal Abbasov isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə uduzub.













