Bu gün Misli Premyer Liqasında I turun daha iki görüşü keçirilib.

“Neftçi” səfərdə “Sumqayıt”ı 3:1, “Zirə” isə evdə “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib.

I turq sabah yekun vurulacaq. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək matçda “Qarabağ” “Şamaxı”nı qəbul edəcək. Saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.