Abdullah Zubirin “Qarabağ”dakı 8 illik dövrü başa çatıb. Ağdam klubu fransalı vingerlə qarşılıqlı razılıq əsası da yolları ayırıb.

Qeyd edək ki, 2018-ci ildə “Lans”dan Ağdam klubuna gələn 34 yaşlı yarımmüdafiəçi illər ərzində komandanın əsas simalarından birinə çevrilib və kapitan sarğısını daşıyıb.

Zubir “Qarabağ”ın heyətində 355 oyunda 77 qol vurub, 94 məhsuldar ötürmə edib. Təcrübəli futbolçu karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək.