İsveçrənin Lozanna şəhərində keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan qadın cüdo millisinin heyəti açıqlanıb.

Heyətə Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi – 52 kq), Südabə Ağayeva (70 kq) və Mədinə Kaysinova (+78 kq) daxil edilib.

Qeyd edək ki, hazırda “Böyük Dəbilqə” turnirində iştirak üçün 76 ölkədən 553 cüdoçu qeydiyyatdan keçib.