Avqustun 20-dən 23-dək Ekvadorun Quayakil şəhərində yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Azərbaycan millisi tunirdə 9 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Komandamız yarışda 10 oğlan və 4 qız idmançı mübarizə aparacaq. Oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət kollektivin baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Oğlanlar arasında 50 kq-da Fərid Rzazadə, 55-də Fərid Xudiyev, İbrahim Talıbov, 66-da İlkin Qarayev, 73-də Yusuf Nəzər, Sadiq Məmmədov, 81-də Ayxan Həsənli, Yaqub Məmmədov, 90 kq çəki dərəcəsində isə Ömər Axundov və Nurəddin Əliyev yarışacaq. Qızların mübarizəsində 40 kq-da Sunay Salamova, Zəhra Quliyeva, 44-də Pərvin Sevxanlı, 48-də Könül Eyvazlı mükafatçılar sırasına düşməyə çalışacaq.
Qeyd edək ki, dünya çempionatında 61 ölkədən 459 cüdoçu (242 oğlan, 217 qız) iştirak edəcək.












