Azərbaycan I Liqasında 2026/2027 mövsümünün püşkü atılıb.

Peşəkar Futbol Liqasının inzibati binasında keçirilən mərasimində aşağı divizionun 2026/2027 mövsümünün I və II dövrələrinin təqvimi müəyyənləşib. Çempionatda ötənilki kimi 10 komanda mübarizə aparacaq. Bunlar “Baku Sportinq”, “Cəbrayıl”, “Karvan-Yevlax”, “Mingəçevir”, MOİK, “Səbail”, “Şahdağ Qusar”, “Şimal”, “Xankəndi” və “Zaqatala”dır. Çempionatın ilk turunda aşağıdakı oyunlar keçiriləcək:

I tur

MOİK – “Şahdağ Qusar”

“Şimal” – “Cəbrayıl”

“Xankəndi” – “Səbail”

“Mingəçevir” – “Zaqatala”

“Baku Sportinq” – “Karvan-Yevlax”

Qeyd edək ki, Azərbaycan I Liqasında yeni mövsümə sentyabrın 3-də start veriləcək.