UEFA Çempionlar liqasının III təsnifat mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” cavab qarşılaşmasında Şimali Makedoniyadan “Şkendiya”nı sınağa çəkib. Səfərdən 1-0-lıq qələbə ilə qayıdan Ağdam klubu bu dəfə daha böyük hesablı qalibiyyətə sevinib. Görüşdə ilk qolu qonaqlar vursa da bundan sonra özünə gələn Qurban Qurbanovun çalışdırdığı kollektiv tam üstünlüyə yiyələnib və 5-1-lik nəticə ilə turnirin pley-offuna adlayıb. Komandamızın bu etapda rəqibi “Ferentsvaroş” – “Ludoqorets” cütünün qalibi olacaq. Əlavə edək ki, “Qarabağ” bu qələbə UEFA Avropa liqasının əsas mərhələsini özü üçün təmin edib.