“Sabah”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Təmsilçimiz UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”a məğlub olacağı təqdirdə ikinci dərəcəli klub turnirinin əsas etapına vəsiqə qazanmaq uğrunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.