Misli Premyer Liqasında 2025/26 mövsümünə yekun vurulub.

XXXIII turun son oyununda “İmişli” Quba şəhər stadionunda “Karvan-Yevlax”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.

34 xal toplayan “İmişli” liqanı 9-cu yerdə bitiribsə, 15 xalla sonuncu olan “Karvan-Yevlax” növbəti mövsümü I Liqada keçirəcək.