UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün növbəti görüşlər keçiriləcək.
Azərbaycan klublarından “Zirə” və “Neftçi” də cavab matçına çıxacaq.
“Zirə” Sumqayıtda Estoniya təmsilçisi “Payde”ni qəbul edəcək. Sumqayıt şəhər stadionunda, saat 20:00-da başlayacaq görüşün baş hakimi xorvatiyalı Patrik Kolariç olacaq.
Tərəflər arasında Estoniyada keçirilən ilk matçda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.
“Neftçi” isə Bolqarıstanda Belarusun “Dinamo” (Minsk) klubu ilə üz-üzə gələcək. Beroe şəhər stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edəcək.
Komandalar arasında Bakıda baş tutan ilk matçda Belarus təmsilçisi 4:2 hesabı ilə qələbə qazanmışdı.
















