Niderlandın “Ayaks” klubu əfsanəvi məşqçi Lui van Qalın komandadan ayrıldığını elan edib.
Mütəxəssis 2023-cü ildən klubun Müşahidə Şurasında futbol məsələləri üzrə məsləhətçi kimi çalışırdı.
Qeyd edək ki, 74 yaşlı mütəxəssis karyerası ərzində İspaniyanın “Barselona”, Almaniyanın “Bayern Münhen” və İngiltərənin “Mançester Yunayted” klublarında baş məşqçi vəzifəsini yerinə yetirib.














