Azərbaycan millisinin üzvü Mahir Emreli icarə əsasında çıxış etdiyi “Rakuv” klubunda ilk qolunu vurub.
Polşa təmsilçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində evdə Maltadan “Valetta” kollektivi ilə üzləşib və 3:1 hesablı qələbə qazanıb.
Meydana start heyətdə çıxan Emreli, 53-cü dəqiqədə komandasının bərabərlik qoluna imza atıb.
















