Azərbaycan yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.

Bu uğura 74 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Hidayət Heydərov imza atıb. Olimpiya, dünya və Avropa çempionu keçirdiyi 4 görüşün hər birini qalib tamamlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beləliklə, Heydərov ikinci dəfə İslamiadanın qalib olub.

Qeyd edək ki, cüdo millimiz ilk yarış günü aktivinə daha iki mükafat yazdırıb. 52 kq-da Aydan Vəliyeva və 66 kq-da Ruslan Paşayev bürünc medala sahib çıxıb.