Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın “Rakuv” klubuna keçidi rəsmiləşib.

Ekstraklasa təmsilçisi 29 yaşlı hücumçunu 1 illik icarəyə götürüb.

Çenstoxova şəhərinin klubu mövsümün sonunda azərbaycanlı oyunçunu almaq hüququna malikdir.

Emreli artıq “Rakuv”la rəsmi müqavilə imzalayıb.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın “Kayzerslautern” klubuna məxsusdur.