“Kəpəz” növbəti transferini reallaşdırıb.
Bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
“Sarı-göylər” Vadim Abdullayevi heyətinə qatıb.
31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, ötən mövsümü “Karvan-Yevlax”da keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.


















