“Çikaqo Fayr” (ABŞ) polşalı hücumçu Robert Levandovskinin transferini açıqlayıb.

37 yaşlı futbolçu MLS təmsilçisi ilə iki illik müqavilə imzalayıb.

“Onun gəlişi kuboklar uğrunda mübarizə aparmaq ambisiyamızı gücləndirir. Çikaqo sakinlərinə onun niyə dünyanın ən çox rəğbət bəslənilən idman ikonlarından biri olduğunu canlı nümayiş etdirmək üçün səbirsizlənirik”, – “Çikaqo Fayr” klubunun baş məşqçisi Qreq Berhalter deyib.

Qeyd edək ki, o, indiyə qədər milli komandası və Avropanın nəhəng klublarında 600-dən çox qol vurub. “Transnfermarkt” portalı onun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.