2026/2027 mövsümündə İspaniya La Liqasında mübarizə aparacaq son komanda bəlli olub.

Həlledici pley-off matçında “Almeriya” və “Malaqa” kollektivləri üzləşib. Evdə qolsuz heç-heçə edən “Malaqa” səfərdə rəqibini 2:1 məğlub edib və 8 il sonra Primeraya qayıdıb.

Qeyd edək ki, Sequndanın qalibi “Rasinq” və ikinci yeri tutan “Deportivio” da növbəti futbol ilində yüksək liqada yarışacaqlar.