Dünya Çempionatı-2026-da qrup mərhələsində növbəti oyunlar keçirilib.
C kvartetində Mərakeş Şotlandiyanı 1:0 məğlub edib. Haitiyə 3:0 hesabı ilə qalib gəlib Braziliya millisi xalını 4-ə çatdırıb və qrupun liderinə çevrilib. Mərakeş “selesao”dan yalnız əlavə göstəricilərdə geri qalır. Şotlandiyanın 3 xalı var. Xalsız Haiti isə növbəti etap şansını itirən ilk komanda olub.
D qrupunda Avstraliya üzərində 2:0-lıq qələbə edən ABŞ seçməsi 6 xala malikdir və pley-off mərhələsini təmin edib. İlk görüşdə uduzan Türkiyə yığması isə bu dəfə Paraqvaya 0:1 məğlub olub və mundialı III tur sonrası tərk edəcəyi dəqiqləşib. Paraqvay və Avstraliyanın aktivində 3 xal var.














